Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı

Uçuşların təhlükəsizliyi üçün Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda deyilir.

Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir. Məhdudiyyətlərin səbəbi açıqlanmayıb./unikal