Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının rəhbəri Tiqran Urixanyan Rusiyada həbs edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlayıb.
O qeyd edib ki, Tiqran Urixanyan Cinayət-Prosessual Məcəlləsinin 442-ci maddəsi ilə, yəni vəzifəli şəxsin sahibkarlıq fəaliyyətində qeyri-qanuni iştirakla bağlı istintaqa cəlb olunub.
Eks-deputat isə karserdən fotosunu dərc edərək “Nikol, mən sənin arxanca gələcəm” deyib.
Bəzi mənbələr onun sərbəst buraxıldığını desələr də, məlumat hələlik təsdiqini tapmayıb. /unikal