Rusiyada helikopter qəzası: 1 nəfər öldü, 1 yaralı

Rusiyanın Tver vilayətində “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin Səhiyyə İdarəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.

Hadisə yerinə xilasedicilər və həkim briqadası cəlb olunub.