Rusiyada helikopter qəzası – Ölən var

Rusiyanın Başqırdıstan Respublikasında helikopter qəzaya uğrayıb, xəsarət alanlar və ölən var.

Yenicag.az-ın məlumatına görə, bu barədə məlumatlı mənbədən bildirilib.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.

Qeyd edək ki, göyərtəsində üç nəfər olan helikopter Başqırdıstanın Blaqoveşensk rayonunda sərt eniş edib.