Rusiyada helikopter qəzası: ölənlər var

Rusiyanın Tomsk vilayətində Mi-8 tipli helikopter qəzaya uğrayıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nətisəndə 2 pilot həlak olub, 4 nəfər yaralanıb. Məlumatda bildirilir ki, yerli vaxtla 14:46-da helikopterlə əlaqə kəsilib.

Qəzaya uğrayan helikopterdə həkimlər xəstəni tibb müəssisəsinə aparırmışlar.