Rusiyada helikopter qəzaya uğradı

Rusiyanın Yakutiya vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Ust-Maysk qəsəbəsindən havaya qalxan Mi-8 helikopteri təyin olunmuş yerə çata bilməyib və yerə çırpılıb”, – məlumatda qeyd olunub.

Qəza nəticəsində yaralıların olduğu bildirilib.