Rusiyada helikopter qəzaya uğrayıb: ölənlər var

Rusiyanın Xabarovsk şəhərində helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “TASS”a Uzaq Şərq Federal Dairəsi üzrə Nəqliyyatda istintaq idarəsinin mətbuat xidmətindən bildiriblər. Məlumata görə, helikopter küçələrin birinə düşüb, ölənlər var. Qəza nəticəsində 6 nəfərin həlak olduğu açıqlanıb.