Rusiyada hərbi komissarlıq yandırıldı

Rusiyanın İrkutsk vilayətində hərbi komissarlığa hücum edilib.

Yenicag.az xəbər verir ki, hadisə Bratsk şəhərində gecə saatlarında qeydə alınıb. Belə  ki,  naməlum şəxslər saat 02:00 radələrində binaya “Molotov kokteyli” atıb və ərazidən uzaqlaşıblar.

Binada güclü yanğın başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürən briqadası sövq edilib. /Unikal/