!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada hərbi maşın qəza törədib, 4 nəfər ölüb

!Reklam – Yazi

maxresdefaultRusiyanın Saxalin vilayətində hərbi maşın qəza törədib.

Yeniçağ.Az APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Oqonki-Nevelsk yolunun 29-cu kilometrində, dağ yolunda qeydə alınıb.

“Ural” markalı yük maşını qarlı hava şəraitində idarəetməni itirərək “Toyota Vista” markalı minik avtomobilinə çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü və üç sərnişin hadisə yerində ölüb.

İlkin ehtimala görə, qəzaya hava şəraitinin pis olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv