Rusiyanın Həştərxan vilayətində yerləşən Aşuluk hərbi poliqonunda yanğın baş verib.
Bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.
Qeyd olunub ki, hazırda “S-75” zenit raketlərinin mühərrikləri üçün nəzərdə tutulan raket sürətləndiriciləri yanır.
Yaxınlıqdakı hərbi şəhərcikdən 500 nəfər, poliqondan isə 76 nəfər təxliyə olunub.