Rusiyada hərbi poliqonda partlayış: ölən və yaralananlar var

Rusiyanın Leninqrad vilayətində yerləşən poliqonda partlayış baş verib.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qərb Hərbi Dairəsinin (QHD) Mətbuat xidmətindən bildiriblər.

Hadisə tankdan planlaşdırılan atışlar zamanı baş verib. Mərmilərdən biri yerə toxunduqdan sonra istiqamətini dəyişib və mühəndis təminatı qrupunun altı hərbçisinin olduğu sığınacağın yaxınlığında partlayıb. Hadisə nəticəsində bir hərbçi ölüb, beşi yaralanıb

Məlumata görə, xəsarət alan hərbçilərin hamısı dərhal xəstəxanalara çatdırılıb, onlara tibbi yardım göstərilir.

Hadisə yerində QHD-nin komissiyası işləyir.