Rusiyanın Stavropol diyarının Krasnoqvardeyski rayonu ərazisində hərbi təyyarə qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Vladimir Vladimirov aprelin 19-da özünün “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Krasnoqvardeyski rayonunda təyyarə əkin sahəsinə düşüb. Vilayət rəhbəri qeyd edib ki, əməliyyat məlumatlarına görə, xəsarət alan və tələfat olmayıb, pilotlar paraşütlə atılıb.
Daha sonra Vladimirov bildirib ki, Rusiya hərbi təyyarəsindən olan iki pilot regional tibb müəssisələrinə aparılıb və onlara lazımi tibbi yardım göstərilib.
“Daha bir pilot hadisə yerindən sağ-salamat təxliyə edilib. Dördüncü ekipaj üzvünün axtarışı davam etdirilir”, – məlumatda deyilir.