Rusiyanın Primorsk diyarında “MiQ-31” qırıcısı qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidməti məlumat yayıb.
Qeyd olunur ki, “MiQ-31” havaya qalxandan dərhal sonra qəzaya uğrayıb. Sıradan çıxan qırıcı meşə massivinə düşüb.
Bildirilib ki, hər iki pilot katapult edib.
Hazırda hadisənin başvermə şəraiti araşdırılır.
Rusiya Müdafiə Nazirliyindən isə vurğulanıb ki, qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.
Məlumatda uçuşun silah-sursatsız həyata keçirildiyi, təyyarəyə ziyan dəymədiyi də qeyd olunub.