Rusiyada vətəndaşlıq almış əcnəbi kişilər üçün üçün çağırış yaşı qaldırılacaq.
Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, müvafiq qanun layihəsini Dövlət Dumasına iki siyasi qüvvənin – Rusiya prezidenti Vladimir Putinin “Vahid Rusiya” və Rusiya Liberal Demokrat Partiyasının nümayəndələri təqdim ediblər.
Təklif olunan qanun layihəsində Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilər üçün hərbi xidmətə çağırış yaşının 50 yaşa qədər artırılması təklif edilir.
“Hazırda təcrübədən göründüyü kimi, Rusiya vətəndaşı olan xarici ölkələrdən gələnlər hərbi xidmətə qeydiyyatdan yayınırlar.
Onlar hərbi xidmətə çağırış yaşı 30-a çatana qədər qəsdən gözləyirlər və yalnız bundan sonra Rusiya pasportunu alırlar”, – qanun layihəsinə deyilir.
Xuraman Etibarlı