Rusiyada həyəcanlı anlar: Universitetə silahlı hücum edildi – VİDEO

Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetinin ərazisində atəş səsləri eşidilir.

Təcili tibbi yardım xidmətindəki mənbə bildirib ki, şəxsiyyəti hələ məlum olmayan kişi universitetin ərazisinə girərək tələbə və müəllimlərə atəş açıb, ölən və yaralananlar var.

Hazırda təhsil müəssisəsinin daxilində olan şəxslər pəncərələrdən atılaraq universitetdən çıxmağa çalışır./Oxu.az/