Rusiyada Hökumət Evində maska ​​rejimi bərpa olundu

Qrip və koronavirusa yoluxma hallarının mövsümi artımı ilə əlaqədar Rusiya Federasiyasının Hökumət Evində maska ​​rejimi və digər qabaqlayıcı tədbirlər müvəqqəti olaraq tətbiq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat yayılıb.

“Hökumət Evinin ərazisində müvəqqəti olaraq əlavə profilaktik tədbirlər, o cümlədən maska ​​rejimi tətbiq edilir. Qərar kəskin respirator viruslar, qrip və COVID-19-a yoluxma hallarının mövsümi artımı ilə əlaqədar qəbul olunub”, – məlumatda bildirilib.