Moskvanın “Şeremetyevo” hava limanında iki təyyarə toqquşub.
Yenicag.az xəbər verir ki, “Aeroflot” və “Royal Flight” aviaşirkətlərinə məxsus təyyarələrin qanadları uçuş-eniş zolağında bir-birinə dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. “Aeroflot”a məxsus təyyarə Moskvadan Pekinə hərəkət etməli imiş.
Təyyarədəki sərnişinlər təxliyə olunub. Onlar üçün ehtiyat təyyarə hazırlanır./Trend/