Rusiyada İŞİD əməliyyatı-“Qafqaz Əmirliyi” təşkilatının lideri öldürüldü

rusya_da_isid_operasyonu_h71078_241aaRusiyanın təhlükəsizlik orqanları, Şimali Qafqaz respublikaları tərəfindən Dağıstanda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Yenicag.az xəbər verir ki, əməliyyatda “Qafqaz Əmirliyi” təşkilatının lideri Məhəmməd Suleymanovun da öldürüldüyü bildirilir. Untsukul bölgəsində baş tutan əməliyyat zamanı 4 terrorist ölü olaraq ələ keçirilib.

RİA Novostiyə məlumat verən mənbə bildirir ki, may ayında İŞİD-ə bağlılığını bildirən Qafqaz Əmirliyi təşkilatının lideri Məhəmməd Suleymanov əməliyyat zamanı öldürülüb. Bundan başqa “Dağıstan əmiri” Kamil Saidov və Dağıstan dağ təşkilatının lideri Abdullah Abdullayev saxlanılıb. Bir polis isə yaralanıb.

Məlumata görə, avqustun 10-dan etibarən başlanan antiterror əməliyyatının davam etdiyi və təhlükəsizlik səbəbiylə Untsukul bölgəsindəki Gimri tuneli bağlanıb.

Suleymanov may ayından etibarən Qafqaz Əmirliyinin liderliyini edirdi.

Qeyd edək ki, təşkilatın lideri Doku Umarov, Rusiya təhlükəsizlik orqanları tərəfindən öldürüldükdən sonra yerinə, 2014-ci ilin əvvəlində Ali Ashab Kebekov keçmişdi. Kebekov da 2015-ci ilin aprel ayında öldürüldükdən sonra yeri Süleymanov almışdı.