Rusiya Daxili İşlər Nazirliyi 2024-cü il yanvarın 7-dən bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin patent alarkən və ya işə düzələrkən doldurmalı olacağı bildiriş formasını təsdiqləyib.
Ona əmək müqaviləsinin surəti əlavə edilməlidir. Bundan başqa, bildirişdə işin görülməsi üçün mülki müqavilə, əgər şifahi şəkildə bağlanmışsa, məlumat göstərilməlidir.
Sərəncam yanvarın 7-dən qüvvəyə minir.