Rusiyada jurnalistin qətlini sifariş verən eks-deputat həbs edildi

2017-ci ildə “Ton-M” qəzetinin baş redaktoru Dmitri Popkovun qətlini sifariş verən Minusinsk Rayon Şurasının deputatı İsa Xaşıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az Lente.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Krasnoyarsk vilayət məhkəməsi məlumat yayıb.

Bildirilir ki, cinayəti törədən Viktor Şestakov 14 il müddətinə azadlıqdan məhrum edilib. Eks-deputat və qətli törədən şəxs cəzalarını ciddi rejimli koloniyada çəkəcəklər.