Rusiyada “kölgə iqtisadiyyatı”nın ümumi iqtisadiyyatda payına dair rəqəm açıqlanıb.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Maliyyə Monitorinq Qurumu növbəti hesabatını təqdim edib.
Hesabata əsasən, 2018-ci ildə Rusiyada “kölgə iqtisadiyyatı”nın payı 20 trilyon rubl (305 milyard dollar) təşkil edib. Bu, Ümumi Daxilin Məhsulun (ÜDM) 20 faizidir.
Qeyd olunur ki, bu nisbətin böyüklüyünə baxmayaraq, “kölgə iqtisadiyyatı” nın payı 2017-ci illə müqayisədə 3,4 trilyon rubl azalıb.