Rusiyada koronavirusa daha 6 791 nəfər yoluxub

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa daha 6 791 nəfər yoluxub, 104 nəfər vəfat edib, 5 735 nəfər isə sağalıb. 

Yenicag.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 634 437 nəfərə çatıb.

Ölənlərin ümumi sayı 9 073 nəfər, sağalanların sayı isə 399 087 nəfər təşkil edir.