Rusiyada son sutka ərzində daha 7 099 nəfər kronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumat görə, ölkədə koronavirusa yoluxanların sayı 106 498 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 11 619 nəfər sağalıb. Ölənlərin sayı isə 101 nəfər artaraq 1 073-ə yüksəlib.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 093.