Rusiyada koronavirusa yoluxanların sayı 834 499 çatdı

Rusiyada son bir gündə daha 5 509 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 834 499 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 165 nəfər artaraq 13 802-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 629 655 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 678 nəfər.