Rusiyada koronavirusa yoluxanların sayı 877 mini ötdü

Rusiyada son sutka ərzində daha 5 241 nəfər yeni növ koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, Rusiyada virusa yoluxanların sayı 877 135 nəfərə çatıb.

Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 725 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.