Rusiyada koronavirusa yoluxanların sayı 990 mini ötdü

Rusiyada son sutka ərzində daha 4980 nəfər yeni növ koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 990 326 nəfərə çatıb.

Son sutka ərzində 68 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 093 nəfərə çatıb.