Rusiyada koronavirusa yoluxanların sayı ARTDI – Son sutkada 7 790 yoluxma

Rusiyada son sutka ərzində daha 7 790 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, ölkədə daha 182 nəfər pandemiyanın qurbanı olub.

Bununlada Rusiyada koronavirusa yoluxanların sayı 561 091 nəfərə, ölənlərin sayı 7 660 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 313 963 nəfər virusdan sağalıb, 239 468 nəfərin müalicəsi isə davam edir.