Rusiyada koronavirusdan ilk ölüm halı qeydə alındı

Rusiyada yeni koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, martın 13-də koronavirus səbəbi ilə xəstəxanaya yerləşdirilən 79 yaşlı qadın həyatını itirib.

Qeyd edək ki, qadın bir sıra xroniki xəstəliklərdən də əziyyət çəkirdi.

COP29