Rusiyada koronavirusdan ölənlərin sayı 12 mini ötüb

Rusiyada koronavirus infeksiyasına yoluxma hallarının sayı son sutka ərzində 6,406 artıb.

Yenicag.az-ın məlumatına görə, bununla ümumi yoluxma sayı 759 203-ə çatıb.

Son sutka ərzində 186 nəfərin koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 123 nəfərə çatıb.

Rusiyanın paytaxtı Moskvada iötən sutka ərzində yeni növ koronavirusdan daha 13 nəfər ölüb.