Rusiyada koronavirusdan ölənlərin sayı 15 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib.

Yenicag.az xəbər verir ki, ölkədə son sutka ərzində 5 102 nəfər virusa yoluxub, 129 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 902 701 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 15 260 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 710 298 nəfər virusdan sağalıb, 177 143 nəfərin müalicəsi isə davam edir.