Rusiyada koronavirusdan ölənlərin sayı 17 minə çatır

Rusiyada son sutka ərzində koronavirusa daha 4 829 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 980 405 minə çatıb.

Rusiyada son bir gün ərzində 110 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib. Ölənlərin sayı 16 914 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 798 466 nəfər virusdan sağalıb, 165 025 nəfərin müalicəsi isə davam edir.

COP29