Rusiyada koronavirusla bağlı statistika – Son sutkada 5 mindən çox yoluxma

Rusiyada koronavirusa yoluxanların sayı 1,01 milyon nəfəri keçib.

Yenicag.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 5 110 nəfər virusa yoluxub, 121 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 015 105 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 649 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 832 747 nəfər virusdan sağalıb, 164 709 nəfərin müalicəsi isə davam edir.