Rusiyanın Lipetsk vilayətində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsindən 6 məhbus qaçıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, DİN, Rusiya Qvardiyası və FSB artıq onları axtarır. Şəhərin giriş-çıxışı bağlanıb. Qaçan məhbuslardan 5-i Özbəkistan, biri isə Tacikistan vətəndaşlarıdır./unikal