Rusiyanın Sankt-Peterburq şəhərində Çindən gələn turistlər arasında iki meymunçiçəyinə yoluxma halı aşkarlanıb.
Bu barədə Rusiya Federasiyası İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) şəhər administrasiyasının mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.
“Rospotrebnadzor”un Sankt-Peterburqdakı İdarəsi Çindən gələn turistlərdən ikisində meymunçiçəyi xəstəliyinin aşkarlanması barədə məlumat verib. Xəstəlik Honkonqun (Çin Xalq Respublikası) inzibati rayonuna turist səfərindən qayıdan iki kişidə aşkarlanıb”, – məlumatda deyilir.