Rusiyada miqrantlara taksidə işləmək QADAĞAN OLUNDU

Yakutiyada miqrantlara taksidə işləmək, topdan və pərakəndə satış qadağan edilib.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq fərmanı bölgənin rəhbəri Aysen Nikolayev imzalayıb.

Fərmana görə, miqrantlar tikintidə iş tapa bilməyəcək və təsərrüfat fəaliyyəti ilə məşğul olmayacaq.

“2024-cü il üçün Saxa (Yakutiya) Respublikası ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən müəyyən iqtisadi fəaliyyət növləri üçün patent əsasında əmək fəaliyyəti ilə məşğul olan xarici vətəndaşların işə götürülməsinə qadağa qoyulsun: taksi və sürücüsü ilə icarəyə götürülmüş minik avtomobilləri, başqa qruplara daxil olmayan digər quru sərnişin nəqliyyatının fəaliyyəti,
avtomobil yükdaşımalarının fəaliyyəti; daşıma xidmətlərinin göstərilməsi; anbar və yardımçı nəqliyyat fəaliyyəti; poçt xidmətləri və kuryer fəaliyyəti”.

Fərman normativ hüquqi aktlar portalında dərc edilib.

Oxşar qadağalar Tula, Kurqan, Tümen və Voronej vilayətlərində, həmçinin Krasnodar diyarı və Uqrada da tətbiq edilib.

Xuraman Etibarlı