Rusiyada Moskva-Bakı münasibətlərinə qarşı təxribat

 

9340fb99-9b96-4da5-8592-9613c4f288b7Elxan Şahinoğlu: “Kimsə Rusiyada soğru mərkəzi vasitəsilə Azərbaycana və separatizmin baş alıb getdiyi digər postsovet respublikalarına təzyiqləri artırmağı düşünür”

Rusiyanın “Levada Mərkəz” tərəfindən keçmiş sovet məkanındakı separatçı rejimlərlə bağlı sorğu keçirilib.

Sorğunun Dağlıq Qarabağa aid hissəsində qeyd olunur ki, separatçıların müstəqilliyini respondentlərin 42%-i dəstəkləyib, 10%-i isə regionun Azərbaycana, 9%-i isə Ermənistana verilməsini təklif edib. Respondentlərin 39%-i isə suala cavab verməkdə çətinlik çəkib.

Onu da qeyd edək ki, belə bir sorğu Azərbaycanla Rusiya arasında münasibətlərin daha da intensivləşdiyi, əlaqələrin genişləndiyi bir ərəfəyə təsadüf edir.

Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bu dövrdə baş tutan həmin sorğunun özünü böyük bir təxribat adlandırdı: “Nə ehtiyac var idi ki, tanınmayan separatçı bölgələrlə bağlı belə bir soğru keçirirlər. Sorğunu keçirən təşkilat da Rusiyada ən tanınan “Levada Sentr” sorğu mərkəzidir. Düşünürəm ki, kimsə Rusiyada soğru mərkəzi vasitəsilə Azərbaycana və separatizmin baş alıb getdiyi digər postsovet respublikalarına təzyiqləri artırmağı düşünür. Belə sorğular vasitəsilə separatçılara müsbət rəy verməklə, ondan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaqlar. Təxribatları bununla da bitmir. Bu günlərdə Moskvanın əzəmətli Prezident otelində separatçıların təmsilçilərindən ibarət toplantı da həyata keçirilib. Bu kimi addımlar aydındır ki, Rusiya-Azərbaycan münasibətlərinin istiləşməsinə xeyir vermir. Onsuz da zaman-zaman Rusiyadakı müəyyən dairələr Ermənistan və Dağlıq Qarabağdakı separatçılara dəstək verməklə seçiliblər. Bütün bu əməllər Rusiya Azərbaycan münasibətlərinə zərbə vurur”.

ELÇİN