Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir.
Yenicag.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur. O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq.
R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir.
Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur.
Yenicag.az