Rusiya polisi Moskvada icazəsiz etiraz aksiyasında iştirak etdiyi üçün müxalifətçi Aleksey Navalnını saxlayıb.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Tverskaya küçəsində tərəfdaşları arasında olarkən saxlanılıb.
Bundan əlavə, hüquq müdafiəçilərinin məlumatına əsasən, bazar günü saat 16:00-dan etibarən bütün ölkədə 185 nümayişçi saxlanılıb.
Onlardan 46-ı Çeboksar, 32-i Ufa, 22-i Murmansk, 16-ı Tula və Moskva, 15-i Kemerovo, 12-i Tomsk, 9-u Volqoqrad, 8-i isə Sankt-Peterburqda saxlanılıb.