Rusiyada nazir saxlanıldı

­Hüquq-mühafizə orqanları Buryatiyanın kənd təsərrüfatı naziri Qalsan Dareyevi saxlayıb.

Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.

Nazirin əvvəllər rüşvət aldığı üçün saxlanılan köməkçisi tərəfindən xəyanətə məruz qaldığı bildirilir.

Köməkçi bir müddət əvvəl rüşvət almaq ittihamı ilə həbs edilib./unikal