“Rusiyada nə olur olsun, Ukraynaya dəstəyimizi davam etdirəcəyik”

“ABŞ və müttəfiqlərinin Rusiyada baş verənlərdə iştirak etmədiyini açıq şəkildə bəyan edirik”.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

O, ABŞ-nin bir neçə ssenariyə hazır olduğunu və bundan sonra da Ukraynaya dəstək verəcəklərini bəyan edib:
“Bundan sonra da Rusiyada nə olur olsun, müttəfiqlərimizlə birgə eyni mövqedə olacağıq və Ukraynaya açıq dəstəyimizi davam etdirəcəyik. Tamamilə kordinasiyalı şəkildə hərəkət etməyimiz çox vacibdir”.

Qeyd edək ki, bir çox analitiklər və rəsmilər Rusiyada “Vaqner” özəl hərbi şirkətinin qiyam cəhdinin arxasında Qərbin dayandığını qeyd edir.

COP29