Rusiya magistrallarında antiterror rejiminə görə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırıldığı elan edilsə də, bəzi şoselərdə qadağalar hələ də qalır.
Yenicag.az xəbər verir ki, Moskva və Tula vilayətlərində “M-4” Don şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bunu təsdiq edən görüntülər Rusiya “Telegram” kanallarında da yayımlanıb.