Rusiyada OMON idman kompleksi uçdu-5 ölü

603deefcd048f37521d737f989897bbeRusiyanın Velikiy Novqorod şəhərində OMON-un (xüsusi təyinatlı polis dəstəsi) idman kompleksinin uçması nəticəsində 5 nəfər ölüb. Yenicag.az APA-ya istinadən xəbər verir ki, ölənlərdən biri Kamerun vətəndaşıdır.

Məlumata görə, hadisə ötən gün saat 18 radələrində binanın damında təmir işləri aparılarkən baş verib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.