İyunun 16-da Rusiyanın Tümen vilayətində özəl təyyarə qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, yüngül mühərrikli təyyarənin qəza etməsi nəticəsində bir nəfər xəsarət alıb.
Zərərçəkmiş müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hazırda hadisənin baş vermə səbəbləri nəqliyyat prokurorluğunun əməkdaşları tərəfindən müəyyən edilir.