Rusiyada Parad keçirilməyəcək – Putindən QƏRAR

Rusiyada Qələbə Paradı 9 mayda keçirilməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.

“Mayın 9-da Moskva şəhərində Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə keçirilməsi planlaşdırılan parad təxirə salınıb. Çünki xəstəliyin yayılması riski parada hazırlıqların görülməsinə imkan vermir. Bütün təntənəli mərasimlər, o cümlədən parad da 2020-ci ildən gec olmayaraq baş tutacaq”, – Prezident qeyd edib.