Rusiyada pensiya yaşı artırıldı

“Hökumət təqaüdə çıxmaq üçün yaş həddini tədricən artıracaq”.

Yenicag.az xəbər verir ki, bunu Baş naziri Dmitri Medvedev deyib.

O qeyd edib ki, pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 63 yaşadək qaldırılır:

“Bu prosesi 2019-cu ildən başlamaq təklif edilir. 2028-ci ildə pensiya yaşı kişilər üçün 65, 2034-cü ildə qadınlar üçün 63 yaşa çatacaq”.

Qeyd edək ki, hazırda Rusiyada kişilər üçün pensiya yaşı 60, qadınlar üçün 55-dir.

COP29