!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada polis və ailə üzvlərini öldürən azərbaycanlı dəstə yaxalandı-Video

!Reklam – Yazi

4238881Rusiyada DİN-in Samara vilayəti üzrə Baş qərargah rəisinin müavini Andrey Qoşt və ailəsinin qatilləri tapılıb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, qətldə təqsirli bilinən 3 şübhəli azərbaycanlı saxlanılıb. İfadə verən şübhəlilərə qarşı hələ ki, rəsmi ittiham irəli sürülməyib, lakin onlar haqda iki aylıq həbs qətimkan tədbiri seçilib. Qətldə şübhəli bilinənlər Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğludur.

Xatırladaq ki, polis və onun ailəsinin 5 üzvü 23-24 apreldə xüsusi qəddarlıqla – armatur parçaları ilə qətlə yetirilib. Ailədən ancaq polisin 7 yaşlı qızı Sofiya sağ qalıb. O, ağır kəllə-beyin travması alıb.

Məlumata görə, qətlin sifarişçisi alkoqol mafiyasının üzvləri olub. Onlar Qoştun evini tapdıqdan sonra yaxınlıqda ev tikintisi ilə məşğul olan miqrant işçiləri cinayəti törətməyə inandırıblar. Onlar ustalara vəd veriblər ki, cinayəti törətdikdən sonra istədiklərini alıb gedə bilərlər.

Qeyd edək ki, Rusiya DİN-i qatillərlə bağlı informasiya verən şəxsə 3 milyon rubl mükafat vəd etmişdi.

 

 

www.yenicag.az

965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv