!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada polisi öldürən azərbaycanlı ömürlük həbs edildi

!Reklam – Yazi

a135e631bf0773df26b6b85e2dda52eaRusiya paytaxtında atışma zamanı polis kapitanını öldürən azərbaycanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Moskva Şəhər Məhkəməsinin qərarı ilə qətldə təqsirləndirilən 1966-cı il təvəllüdlü Sarıyev Xəlil Mirzə oğlu ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü il aprelin 6-da gecə saatlarında baş verib. Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Krasnoqorsk rayonu idarəsi əməkdaşlarının Radujnaya küçəsi, ev. 11 ünvanında cinayətkarların yaxalanması üçün keçirdiyi əməliyyat zamanı polislə cinayətkarlar arasında atışma baş verib. Cinayətkar dəstə polisə təslim olmaqdan imtina edib və əməliyyatçılara atəş açmağa başlayıb. Nəticədə 1983-cü il təvəllüdlü polis kapitanı Sergey Jadobkin başından və sinəsindən aldığı güllə yarasından ölüb.

Lakin cinayətkar dəstənin üzvlərini ələ keçirmək mümkün olub. S. Jadobkini öldürən X. Sarıyev özünü ayağından yaralayıb. Onun üzərindən “Sayqa” markalı odlu silah götürülüb. Həmin dəstənin Moskvada çoxlu sayda cinayət törətdiyi məlum olub.

Qeyd edək ki, X. Sarıyev Azərbaycanda doğulsa da, Rusiya vətəndaşıdır. Məhkəmə X. Sarıyevi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) ilə təqsirli bilib.(APA)

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv