Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.
Yenicag.az xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.
Səsvermə yerli vaxtla 8:00-da başlayıb, 20:00-dək davam edəcək.
Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.
Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.
Rusiya prezidenti postuna 8 namizəd var.