Rusiyada prezidentliyə daha bir namizəd bəlli oldu

Rusiya Kommunistləri Partiyasının prezident seçkilərində namizədi məlum olub.

Yenicag.az xəbər verir ki, Rusiya Kommunistləri Partiyasının bu gün keçirilən qurultayının yekunlarına əsasən partiyanın lideri Maksim Suraykin 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində partiyanın namizədi olub.

Xatırladaq ki, indiyə qədər M.Suraykinlə bərabər Rusiyanın hazırkı prezidenti Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Lenin adına sovxozun direktoru Pavel Qrudinin, teleaparıcı Kseniya Sobçak, “Yabloko” partiyasının lideri Qriqoriy Yavlinski, İnkişaf Partiyasının sədri Boris Titov, politoloq, Sosial Texnologiyalar Mərkəzinin rəhbəri Andrey Boqdanov, “Qadın Dialoqu” Partiyasının sədri Yelena Semerikova, biznesmen Sergey Polonski, müğənni və hüquq müdafiəçisi Yekaterina Qordon seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar.

Rusiyada prezident seçkiləri gələn il martın 18-də keçiriləcək