Rusiyada PUA zavoduna kamikadze hücumu – VİDEO

Tatarıstanında İranın tədarük etdiyi “Shaded-135” kamikadze dronlarının istehsal edildiyi zavoda PUA-nın kamikadze hücumu olub.

Yenicag.az xəbər verir ki, Rusiyanın rəsmi xəbər agentliyi TASS-ın məlumatına görə, çox sayda insanın yaralandığı hücumda ölən olmayıb və istehsal xəttinə zərər dəyməyib.

“Telegram” kanallarında yayımlanan videolarda təyyarə tipli PUA-nın sənaye binasına girdiyi, ardınca güclü partlayışın baş verdiyi görülüb.